Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Paytaxtın bəzi küçə və yollarında avtomobillərin hərəkətinə tətbiq olunmuş məhdudiyyət götürülüb

23-05-2017 | 12:35        

  

Dördüncü İslam Həmrəyliyi Oyunları ilə əlaqədar paytaxtın bəzi küçə və yollarında sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda hərəkətə tətbiq olunmuş məhdudiyyət götürülüb.

Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi “Oyun zolaqları” çəkilib ki, həmin zolaqlarla mayın 5-dən 25-dək operativ və oyunlara cəlb edilmiş avtomobillər istisna olmaqla digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunub.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin diqqətinə çatdırır ki, Bakı şəhərində nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədi ilə mayın 23-də saat 12:00-dan sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda hərəkətə tətbiq olunmuş məhdudiyyətlər ləğv olunub.

Dördüncü İslam Həmrəyliyi Oyunları ilə əlaqədar paytaxtın bəzi küçə və yollarında sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda hərəkətə tətbiq olunmuş məhdudiyyət götürülüb.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə