Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Pezeşkian İran xalqından üzr istədi

Dünən Ərdəbil əyalətinə səfər edən İran Prezidenti Məsud Pezeşkian ölkədə elektrik enerjisinin verilməsindəki fasilələr və qaz təchizatındakı kəsintilərlə bağlı xalqdan rəsmən üzr istəyib.

Pezeşkian hazırkı vəziyyəti çətinliklərlə dolu bir dövr kimi dəyərləndirib və problemlərin yığılıb qaldığını vurğulayıb:

“Təəssüf ki, biz hakimiyyətə gələndə artıq problemlər yığılmışdı. Bəzən bir sistemi aşırmaq üçün son bir damcı kifayət edir. Biz o mərhələyə çatmışıq”.

Ölkədəki problemlərin həll ediləcəyinə ümidvar olduğunu vurğulayan hökumət başçısı hökumətin məqsədinin vətəndaşlara problem yaratmaq deyil, əksinə, onların həyat şəraitini yaxşılaşdırmaq olduğunu bildirib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə
SON XƏBƏRLƏR