Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Pezeşkian Putinə zəng etdi: Türkiyənin iştirakı ilə...


Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

u barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub:

“Əsas diqqət Suriya Ərəb Respublikasındakı vəziyyətin gərginləşməsinə yönəldilib. Terrorçu qrupların və dəstələrin genişmiqyaslı təcavüzünün Suriya dövlətinin suverenliyinə, siyasi və sosial-iqtisadi sabitliyinə zərbə vurmaq məqsədi daşıdığı qeyd edilib. Suriyanın qanuni hakimiyyətinin ölkənin konstitusiya quruluşunun və ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımlara qeyd-şərtsiz dəstək ifadə olunub və Türkiyənin də iştirakı ilə Astana formatı çərçivəsində səylərin əlaqələndirilməsinin vacibliyi vurğulanıb. Prezidentlər arasında və digər səviyyələrdə gələcək təmasların planı müəyyən edilib”.

Qeyd edək ki, Suriyada 4 ildən bəri davam edən nisbi sabitlik pozulub, "Təhrir əş-Şam" qruplaşması Hələb və İdlib şəhərlərini ələ keçirib və Həmaya hücum edib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə