PKK-dan hücum: 1 ölü, 14 yaralı
PKK/YPG terrorçuları bu dəfə də Suriyanın Ras əl-Eyn rayonunda mülki əhalini hədəf alıb.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Ras əl-Eynin mərkəzində yerləşən Xalq Təhsil Mərkəzinin qarşısında bomba yüklü avtomobil partladılıb. Nəticədə 1 nəfər ölüb, 14 mülki şəxs yaralanıb.