Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı vəfat edib


Tanınmış Opera müğənnisi, SSRİ xalq artisti Bela Rudenko vəfat edib.

Bu barədə rusiyalı tənqidçi Andrey Plaxov məlumat verib.

“Həyatının 89-cu ilində görkəmli opera müğənnisi Bela Andreyevna Rudenko vəfat edib”, - deyə o, “Facebook”da yazıb.

Qeyd edək ki, B.Rudenko Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı olub.


Bela Rudenko 18 avqust 1933-cü ildə Ukraynada anadan olub.1956-cı ildə Odessa Konservatoriyasını bitirib, elə həmin ildə Odessa Opera və Balet Teatrında səhnəyə çıxıb. Müğənni Fransa, Böyük Britaniya, İtaliya, İsveç, Yaponiya, Kanada, ABŞ-da opera teatrlarında çıxış edib, SSRİ-də və xaricdə konsert proqramlarını ifa edib.

1960-cı ildə SSRİ xalq artisti kimi tanınıb. 1992-ci ildə solo karyerasını başa vurub və Rusiyada “Bolşoy Teatr”ın İnkişaf Fondunun rəhbəri olub. 1977–2017-ci illərdə Rudenko P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında dərs deyib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə