Polşa-Ukrayna sərhədindəki keçid məntəqəsi bağlandı
Polşa-Ukrayna sərhədindəki Medyka-Şeqini keçid məntəqəsi yenidən polşalı fermerlər tərəfindən bağlanıb.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Hazırda iki ölkə sərhədində fəaliyyət göstərən 8 keçid məntəqəsindən 4-ü bağlıdır.
Bildirilib ki, bu istiqamətdə 800-ə yaxın yük maşını Ukraynaya daxil olmaq üçün gözləyir.