Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Polşa və ABŞ hərbi saziş bağladı

Polşa və ABŞ hərbi saziş imzalayıblar.

Bu barədə İz.ru xəbər yayıb.

Bildirilir ki, Varşavada iki dövlət arasında hərbi əməkdaşlığı aktivləşdirmək barədə müqavilə bağlanıb.

Sözügedən sənədi ABŞ tərəfindən Dövlət Katibi Mayk Pompeo, Polşa tərəfindən Milli Müdafiə naziri Mariuş Blaşak imzalayıb.

Sənəd hər iki ölkənin prezidentləri Andjey Duda və Donald Trampın ötən il Vaşinqtonda imzaladıqları bəyannamənin davamıdır.

Polşada hazırda beş minə yaxın ABŞ əsgəri var.

“Polşa ilə ABŞ arasındakı hərbi əməkdaşlıq Avropanın biz, xüsusilə də Baltikyanı ölkələr və Ukrayna yerləşən hissəsinin təhlükəsizliyinin güclənməsi deməkdir”, - Duda sənədi imzalayarkən bildirib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə