Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi


Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Xeberinmerkezi.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-polkovnik” ali hərbi rütbəsi

general-leytenant Hikmət İzzət oğlu Mirzəyevə

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Ələkbər Məhəmməd oğlu Cahangirova

polkovnik Gündüz Əliş oğlu Əbdülova

polkovnik Azər Əlövsət oğlu Qasımova

“ədliyyə general-mayoru” ali hərbi rütbəsi

ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyevə.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə