8 Noyabr — Azərbaycan tarixində əbədi qürur və zəfər günü kimi yadda qalıb. Bu gün xalqımızın birlik, iradə və milli qürur simvoluna çevrilib. Tanınmış rəssam Elçin Orucov da bu əlamətdar gün münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təbrik məktubu göndərərək Prezidentin ailə üzvlərini özü və ailəsinin adından səmimi-qəlbdən təbrik edib.
- Elçin Orucov təbrik məktubunda bildirib:
Azərbaycanın müasir dövlətçilik tarixində Heydər Əliyevin rolu əvəzsizdir. O, həm Sovet dövründə, həm də müstəqillik illərində xalqın taleyində həlledici rol oynayan, siyasi uzaqgörənliyi və dövlətçilik təfəkkürü ilə fərqlənən bir şəxsiyyət idi. 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini yenicə qazanmış, lakin siyasi böhran, iqtisadi tənəzzül və müharibə şəraiti ilə üz-üzə qalmışdı. Məhz belə bir mürəkkəb zamanda xalqın təkidli tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və qısa müddətdə ölkədə sabitlik yaratdı. Onun rəhbərliyi ilə hüquqi, iqtisadi və sosial islahatlar həyata keçirildi, Azərbaycanın beynəlxalq arenada mövqeyi möhkəmləndi.
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində "Əsrin müqaviləsi" imzalandı, ölkəyə xarici sərmayə axını başladı, ordu quruculuğu və milli təhlükəsizlik sahəsində əsaslı addımlar atıldı. Bu proseslər müstəqil Azərbaycanın gələcək inkişafının təməlini qoydu. Bu gün Azərbaycanın siyasi, iqtisadi və mədəni yüksəlişi Heydər Əliyevin qoyduğu möhkəm bünövrə üzərində qurulub. O, yalnız bir dövrün lideri deyil, həm də müstəqil və müasir Azərbaycanın ideya banisi kimi tarixdə əbədi yerini tutub.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Qarabağın və digər işğal altındakı rayonların azadlığı uğrunda apardığı mübarizə Azərbaycan dövlətçiliyinin gələcək yolunu müəyyənləşdirmişdi. Onun uzaqgörən siyasəti və dövlətçilik təməli bu gün əldə etdiyimiz böyük qələbənin əsasını qoymuşdur.
Prezident İlham Əliyev 2003-cü ildən etibarən Azərbaycan Respublikasına rəhbərlik edərək, Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirir. Onun məqsədi yalnız mövcud inkişafı qorumaq deyil, həm də müasir dövrün tələblərinə uyğun şəkildə Azərbaycanı regionun lider dövlətinə çevirmək olmuşdur. İlham Əliyevin rəhbərliyi dövründə ölkədə siyasi sabitlik qorunmuş, iqtisadi inkişaf davamlı xarakter almışdır.
Ulu Öndərin müəyyən etdiyi milli maraqlara əsaslanan siyasət əsasında Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, ölkə bir çox beynəlxalq layihələrin mərkəzində yer almışdır. Prezident İlham Əliyev Heydər Əliyevin müəyyən etdiyi "güclü dövlət – güclü xalq" prinsipini reallığa çevirmişdir. Neft strategiyasının davamı olaraq enerji layihələri – “Cənub Qaz Dəhlizi”, “TANAP”, “TAP” kimi beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilmişdir. Bununla yanaşı, qeyri-neft sektorunun inkişafı, bölgələrin sosial-iqtisadi dirçəlişi və əhalinin rifahının yüksəldilməsi istiqamətində ardıcıl islahatlar aparılmışdır.
Cənab Prezidentin ən mühüm nailiyyətlərdən biri isə Azərbaycanın ərazi bütövlüyünün bərpası olmuşdur. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər “Güclü Azərbaycan” ideyasının təntənəsi kimi dəyərləndirilir. Bu gün Prezident İlham Əliyev Heydər Əliyevin dövlətçilik irsini qoruyaraq, müstəqil Azərbaycanın daha da güclənməsi, təhlükəsizliyi və gələcək nəsillər üçün firavan bir dövlətin qurulması istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirir.
Prezident İlham Əliyevin 30 il işğalda qalmış torpaqları cəmi 44 günə azad etməsi, son iki-üç əsrlik tariximizdə Azərbaycan torpaqlarının məhz müharibə yolu ilə geri qaytarıldığı ilk tarixi zəfər kimi dəyərləndirilir. Şübhəsiz ki, İlham Əliyev adını müasir dünya tarixinə qalib sərkərdə kimi qızıl hərflərlə yazdırmışdır. Bu qələbə yalnız hərbi üstünlük deyil, eyni zamanda xalqın milli ruhunun, liderinə olan etimadının və dövlətin gücünün təntənəsidir. İlham Əliyev bu gün dünya liderləri arasında söz sahibi olan, beynəlxalq aləmdə mövqeyi qəbul edilən dövlət başçılarından biridir. Onun qətiyyətli siyasəti və müstəqil qərarları Azərbaycanı regionun ən güclü dövlətinə çevirib.
Həmçinin, Mehriban xanım Əliyeva cəmiyyətimizin mədəni və sosial həyatında mühüm rol oynayır. Onun həyata keçirdiyi layihələr Azərbaycan mədəniyyətinin, incəsənətinin və humanitar dəyərlərinin həm ölkə daxilində, həm də xaricdə tanıdılmasına böyük töhfələr verir.
Heydər Əliyev Fondu vasitəsilə həyata keçirilən sosial, təhsil, səhiyyə və mədəniyyət layihələri ölkə əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə böyük töhfə verir. Onun təşəbbüsü ilə məktəblər, uşaq bağçaları, xəstəxanalar inşa edilir, tarixi abidələr bərpa olunur, Azərbaycan mədəniyyəti beynəlxalq miqyasda təbliğ edilir.
Mehriban xanım Əliyeva həmçinin qadınların cəmiyyətdə fəal rolunun artırılması, gənclərin təhsil və yaradıcılıq imkanlarının genişləndirilməsi istiqamətində də mühüm fəaliyyət göstərir. Onun humanist mövqeyi, sülh və tolerantlıq prinsiplərinə sadiqliyi Azərbaycanı dünyada müasir, humanist və mədəni ölkə kimi tanıdır.
Belə ki, Mehriban xanım Əliyevanın fəaliyyəti müasir Azərbaycanın sosial, mədəni və humanitar inkişafına böyük təsir göstərir və onu dövlətimizin ictimai həyatında nüfuzlu lider fiqurlardan biri kimi fərqləndirir.
Xüsusilə qeyd etməliyəm ki, “Zəfər paradı” xalqımızın birliyini və qələbə ruhunu bir daha nümayiş etdirir. Bu möhtəşəm tədbir Azərbaycan Ordusunun şanlı Qələbəsini və Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı bir daha dünyaya nümayiş etdirir. Parad xalqımızda qələbə ruhunu, dövlətinə və ordusuna olan qürur hissini daha da gücləndirir. Bu gün “Zəfər paradı” həm də şəhidlərimizin xatirəsinə dərin ehtiramın və qalib Azərbaycan xalqının birliyinin simvoluna çevrilmişdir.
Bu zəfərin banisi Prezident İlham Əliyev artıq xalqın taleyində əvəzolunmaz liderə çevrilib, ailə üzvləri ilə birlikdə xalqımızın rifahı və inkişafı naminə yenə də fədakarcasına çalışır.
8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Sizi və ailənizi bir daha təbrik edir, Azərbaycan xalqına bəxş etdiyiniz bu Qələbə üçün Sizə şəxsim və ailəm adından sonsuz ehtiram və minnətdarlığımızı bildirirəm.
"Əməkdar mədəniyyət işçisi", rəssam
Elçin Orucov