Prezident İlham Əliyevə təbriklər gəlməyə davam edir
"Möhtərəm cənab prezident,
Sizi 2024-cü il 7 fevralda keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəniz münasibətilə ürəkdən təbrik edirəm.
Cənab Prezident!
Azərbaycan xalqı ağı qaradan, haqqı nahaqdan ayırmağı çox yaxşı bacarır. Sizin yürütdüyünüz uğurlu xarici siyasət nəticəsində Azərbaycan Qafqazın lider dövlətinə çevrilmişdir. Eyni zamanda, Avropanın neft və qaz tələbatının qarşılanmasında Azərbaycana böyük ehtiyac yaranmışdır. Bütün bunlar sizin siyasi liderliyinizin kulminasiya nöqtəsi, sizin 7 Fevral seçkilərində parlaq qələbənizi şərtləndirən amillərdəndir.
Siz Azərbaycanın 30 illik Qarabağ düyününü ağıllı və uzaqgörən siyasətinizlə 44 gündə çözdünüz. Bunun nəticəsidir ki, siz 7 Fevral seçkilərində rəqibləriniz qarşısında inamlı qələbə qazandınız. Biz inanırıq ki, Azərbaycan xalqı sizin rəhbərliyinizin altında daha neçə qələbələr qazanacaq və dövlətimiz inkişaf etmiş ölkələr siyahısında layiqli yerini tutacaqdır."
Bakı şəhəri 3 saylı Notariat ofisinin Notariusu Hacı Orucov