Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Prezidentlərin ardınca daha iki görüş – Səbəb nədir?

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan arasında görüşdən əlavə eyni gündə iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramovla Hakan Fidan telefonla danışıb, üstəgəl Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ankarada Türkiyənin vitse-prezidenti Cövdət Yılmazla fikir mübadiləsi aparıb. Görünür, tərəflərin bölgədəki mövcud durumla bağlı müxtəlif mövzuları müzakirə etmələrinə ehtiyac yaranıb.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Bölgəyə və bölgədən keçən layihələrə maraq göstərən böyük oyunçular var və bu oyunçuların maraqları heç də hər zaman üst-üstə düşmür. Belə vəziyyətdə Şuşa Bəyannaməsi ilə strateji müttfiqlikləri sənəddə əks olunan Azərbaycanla Türkiyənin “saatlarını yoxlamaları”na ehtiyac var”, - o qeyd edib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə