Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Putin Baxmutun işğalına görə "Vaqner"i təbrik etdi



Rusiya Prezidenti Vladimir Putin "Vaqner"i Baxmutun tam işğalı ilə bağlı təbrik edib.

Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Putin Baxmut əməliyyatının başa çatması ilə əlaqədar "Vaqner"i, Rusiya Silahlı Qüvvələri bölmələrinin bütün hərbçilərini təbrik edib.

Döyüşdə fərqlənənlərin hamısının dövlət mükafatları ilə təltif olunacağı vurğulanıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Baxmutun tam şəkildə ələ keçirildiyini bəyan edib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə