Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
"Putin bu xəbərləri eşitdikdən sonra pilləkəndən yıxılıb, sürünməyə başlayıb və paltarını..."

Putinin mədə-bağırsaq traktının onkologiyasından əziyyət çəkməsi artıq heç kimə sirr deyil. Və Moskva heç vaxt  fürerin bu diaqnozunu rəsmi olaraq tanımasa da, müxtəlif ekspertlər bu barədə kifayət qədər ətraflı danışırlar.
 
Moderator.az xəbər verir ki,  "Generall SVR" telegram-kanalı bu günlərdə Putinin başına gələn dramatik hadisənin təfərrüatlarını paylaşıb.
 
Bir neçə görüş zamanı "fürer"ə cəbhədəki acınacaqlı vəziyyətdən, eləcə də ölkə iqtisadiyyatındakı problemlərdən danışılıb. Lakin Putin üçün həqiqətən dramatik hadisələr axşam saatlarında onun iqamətgahında baş verib.
 
"Pilləkənlərlə enən Putin büdrəyib və "beşinci nöqtə" üzərinə(onurğa sütunun sonundakı büzdüm sümüyü-S.L.) yıxılıb, bundan sonra böyrü üstə aşaraq bir-iki pillə aşağı sürünüb. Hadisə prezidentin şəxsi mühafizəçilərinin gözü qarşısında baş verib və onlar cəld reaksiya verərək Putinin yanına qaçıblar. Üç imühafizə əməkdaşı prezidentə ən yaxın divana yaxınlaşmağa kömək edib və iqamətgahdakı növbətçi həkimləri çağırıblar. Həkimlər bir neçə dəqiqə ərzində gəliblər, lakin onlar dərhal prezidenti müayinə edə bilməyiblər. Putin mədə-bağırsaq traktının onkologiyadan əziyyət çəkir.  Bunun nəticəsində artıq həzmlə bağlı ciddi problemləri var və yıxılma nəticəsində, məlum olduğu kimi, əsas zərbə büzdüm üzərinə düşüb.  Bu da, yəqin ki, kəskin ağrı yaradaraq qeyri-iradi defekasiyaya(nəcis ifrazatı) səbəb olub.
 
Əgər Putin əvvəllər su keçirməyən, uducu effektli xüsusi alt paltarı geyinirdisə, son vaxtlar bu ehtiyat tədbirlərinə məhəl qoymur. Və göründüyü kimi, əbəs yerə... Müayinədən əvvəl həkimlər prezidenti hamama qədər müşayiət edib və təmizlənməyə kömək ediblər, eyni zamanda ilkin müayinə keçiriblər. Tam müayinədən sonra Putinə büzdüm sümüyünün və yumşaq toxumaların əzilməsi diaqnozu qoyulub. Heç bir kritik şey olmayıb. Prezidentin səhhəti gecəyə yaxın stabilləşib, o, müstəqil hərəkət edə bilib. Putini narahat edən yeganə şey oturarkən büzdüm sümüyündəki ağrılar olub. Buna görə də o, gecə ağrıkəsici qəbul edib”, - teleqram-kanal belə yazır.
 
Deyirlər ki, bu hadisədən sonra hətta bütöv bir araşdırma aparmaq və prezidentin yıxılmasının necə baş verdiyini öyrənmək də nəzərdə tutulub. Axı o,  evdə də sürüşməyə qarşı örtüklü xüsusi ayaqqabılar geyinir. Ancaq, göründüyü kimi, bu da ona kömək etməyib. Stress ciddi bir şeydir və gözlənilməz nəticələrə səbəb ola bilər. Hətta beşinci nöqtə ilə bağlı macəralara" -deyə xəbərdə vurğulanır.
 
Xatırladılır ki, daha əvvəl Putinin bütün qışı keçirməyi planlaşdırdığı bunkerində uzun müddət təcrid olunmağa hazırlaşdığı bildirilirdi. Səhhətində yaranan problemlər ona tam işləməyə imkan vermədiyindən o, qışda kölgəyə çəkilməyə qərar verib...
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə