Putinin illik böyük mətbuat konfransı baş tutub
Rusiya Prezidenti Vladimir Putinin illik böyük mətbuat konfransı başa çatıb.
Rusiya lideri 4 saat 18 dəqiqə jurnalistlərlə ünsiyyətdə olub. Bu müddət ərzində dövlət başçısına 70-dən artıq sual ünvanlanıb.
Moskvada yerləşən Beynəlxalq Ticarət Mərkəzində Rusiya Prezidenti Vladimir Putinin illik böyük mətbuat-konfransı keçirilir.
Xeberinmerkezi.az xəbər verir ki, sözügedən konfrans 2001-ci ildən bu yana sayca 15-ci dəfə keçirilir.
Bu il tədbirdə rekord sayda KİV əməkdaşı – 1895 nəfər akkreditasiyadan keçib.