Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Qahirədə yekun bəyanat olmayacaq - Səbəb



Fələstinlə bağlı Qahirə sammitinin iştirakçıları ərəb və Avropa nümayəndə heyətləri arasında fikir ayrılığına görə yekun bəyanat qəbul etməyəcəklər.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalının məlumatında bildirilib.

Telekanalın mənbəsinin sözlərinə görə, ərəb və Avropa nümayəndə heyətləri arasında “İsrailin özünümüdafiə hüququ” ifadəsi və HƏMAS hərəkatının pislənməsi məsələsi ətrafında fikir ayrılığı yaranıb.

Qeyd edək ki, Misirin paytaxtı Qahirədə 30-dan çox dövlət və bir sıra beynəlxalq və regional təşkilatların iştirakı ilə Sülh naminə Qahirə Sammiti keçirilir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə