"Qarabağ" "Dinamo Kiyev"lə qarşılaşdı
Avstriyada təlim-məşq toplanışında olan Qarabağ" bu gün sonuncu yoxlama oyununa çıxıb.
Qol.az-ın məlumatına görə, rəqib Ukraynanın "Dinamo" (Kiyev) klubu olub. Şvats şəhərində keçirilən matçda Ağdam təmsilçisi minimal hesabla məğlub olub.
Qeyd edək ki, "Qarabağ" bundan əvvəl yoxlama görüşlərində Suriya millisinə uduzub (0:1), Bolqarıstan "Ludoqorets"i (1:1) və Avstriya "Vakker İnsbruk"u (0:0) ilə heç-heçə edib.