Qarabağ ermənilərinin “dini lideri” infarkt oldu
Erməni Apostol Kilsəsinin Qarabağ Yeparxiyasının arxiyepiskopu Parqev Martirosyan bir neçə gün öncə infarkt keçirib.
Yerli KİV-lər xəbər verir ki, bu məlumatı “Sputnik Ermənistan” yayıb. Onun İrəvandakı xəstəxanalardan birində müalicə olunduğu bildirilib.
Onun əməliyyata ehtiyacı olduğu və ABŞ-a aparılacağının müzakirə edildiyi vurğulanıb.
Agentlik Qarabağ bəyanatı və onun ətrafında baş verən proseslərin Martirosyan üçün zərbə olduğunu yazıb.