Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Qarabağ problemini bizə buna görə yaratmışdılar

Qarabağ məsələsi bəzi qüvvələr tərəfindən Ermənistanda dövlət yaradılmasının qarşısını almaq üçün istifadə edilib.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının İcevanda keçirilən iclası zamanı deyib.

“Başqa sözlə, biz dövlət yaratmaq üçün qoymalı olduğumuz bütün resurslarımızı həll olunması mümkün olmayan “dqr”in yaradılması probleminə qoyuruq”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, illərdir bizə deyirdilər ki, yol, məktəb, xəstəxana tikməyin:

“Hətta deyirdilər: “Ordu nəyə lazımdır? Sizin arxanızda biz durmuşuq. Nə probleminiz var?” Nəticədə biz öz resurslarımızı həll edilməyən problemə xərclədik”.

Nikol Paşinyan ad çəkməsə də, Rusiyanı nəzərdə tutduğuna eyham vurub.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə