"Qarabağ" əzimkar qələbə qazandı
Kiprdə APOEL və "Qarabağ" komandaları arasında keçiriləcək Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün start heyətləri bəlli olub.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar.
APOEL: 27 Belec (GK) 6 Gentsoglou 10 De Vincenti (C) 11 Suleiman 14 Matich 20 Pavlović 29 Vouros 30 Merkis 44 N. Ioannou 70 Jakoliš 91 Mihajlovic
"Qarabağ": 13. Vaqner, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedyev, 6. Simeon Slavçev, 8. Miçel Madero, 9. Xayme Romero, 11. Mahir Emreli, 14, Rəşad Sadıqov (kap.) 17. Abdullah Zubir, 20. Riçard Almeyda
Qeyd edək ki, Nikosiyadakı GSP stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
***
APOEL - "Qarabağ" matçı başladı.
***
Mahir matçın 54-cü dəqiqəsində hesabı açdı: 0-1.
***
"Qarabağ" yeni transferi Qeyenin matçın 70-ci dəqiqəsində vurduğu qolla fərqi artırdı: 0-2.
***
APOEL matçın sonunda fərqi azaltdı: 1-2.
"Qarabağ" səfərdən 2:1 hesablı qələbə ilə ayrılmağı bacardı.