Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

"Qarabağ"ın Çempionlar Liqası matçı slovaklara tapşırıldı


Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” - “Kukesi” matçının hakimləri açıqlanıb. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanı slovakiyalı hakimlər briqadası idarə edəcək. 

Matçın baş hakimi Peter Kraloviç olacaq. Ona yan xətdə Miroslav Benko və Erik Vays yardım edəcək. Patrik Hrçka isə ehtiyat hakim olacaq.

Qeyd edək ki, ilk matçı 0:0 başa çatıb.

“Qarabağ” – “Kukesi” (Albaniya) görüşü avqustun 1-də saat 21:00-da başlayacaq.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə