Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Qıızıldaş Qəsəbə İnzibati Ərazi
Dairəsi üzrə nümayəndəsinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı
keçirilib.
31 yanvar 2019-cu il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının
Qızıldaş qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2018-ci ildəki
fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-
mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, Qaradağ Rayon İcra
Hakimiyyəti başçısı Aparatının məsul işçiləri və qəsəbə sakinləri iştirak etilər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə
nümayəndəsi Ə.Hüseynov öz çıxışında 2018-ci il ərzində qəsəbədə həlli vacib
məsələlərin həll edildiyini bildirdi və qeyd etdi ki, rayonda aparılan abadlıq və
quruculuq işləri çərçivəsində qəsəbədə yeni park və yaşıllıq zolağı salınmış, 100-
dən çox müxtəlif növlü dekorativ ağaclar əkilmiş, eyni zamanda əhalini narahat
edən və uzun illərdir təmirsiz olan Qızıldaş-Lökbatan avtomobil yolu Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən əsaslı
şəkildə təmir edilib. Eyni zamanda hesabat ilində Qəsəbə sakinlərini narahat edən
problemlər araşdırılmış, məsələnin həlli üçün lazımi tədbirlər görülmüşdür.
Daha sonra hesabat məruzəsi ətrafında çıxış edən qəsəbə sakinləri məruzəyə
münasibət bildirdirərək qəsəbədə həlli vacib məsələlərə toxundular.
Sonda 2018-ci ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının
Qızıldaş qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat məruzəsində
əksini tapan nöqsan və çatışmazlıqların və sakinlər tərəfindən qaldırılan
problemlərin həlli ilə əlaqədar müvafiq tədbirlərin görülməsi və icrasının nəzarətə
götürülməsi barədə qərar qəbul edildi.