Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
Qaradağ Rayon İcra Hakimiyyətinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
11 may 2019-cu il tarixində, Qaradağ rayonunun 2019-cu ilin birinci rübünün sosial-
iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında
Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qarşıya
qoyulmuş vəzifələr geniş müzakirə olundu, qarşıdakı perspektivlərin başlıca hədəflərini əhatə
edən qərar qəbul edildi.
İclası giriş sözü ilə açan Qaradağ rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman
Mikayılov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş
iclası barədə ətraflı məlumat vermişdi.
Bildirildi ki, Respublikada əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi, Bakının
Qaradağ rayonunda da sosial-iqtisadi inkişaf təmin edilmiş, abadlıq və quruculuq tədbirləri
davam etdirilmişdir.
Natiq qeyd etdi ki, Prezident cənab İlham Əliyevin yerli icra strukturlarına verdiyi
tapşırıqların icrası ardıcıl olaraq davam etdirilmişdir. Rayon üzrə iqtisadiyyatın bütün
sahələrində mövcud olan artım dinamikası saxlanılmış, sənaye sahəsində 2019-cu ilin yanvar-
mart aylarında 267 milyon 965 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
2019-cu ilin yanvar-mart aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr
tərəfindən 18 milyon 664 min manat, rabitə müəssisələri tərəfindən isə 1 milyon 347 min manat
həcmində xidmət göstərilmişdir. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən rayon
əhalisinə 459 mln 968 min manatlıq əmtəə satılmışdır, bu da əvvəlki ilin müvafiq dövrünə
nisbətən 16,4 faiz artım deməkdir. 2019-cu ilin yanvar-mart ayları ərzində rayonun sosial,
iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 83 milyon 115 min
manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
faktiki qiymətlərlə 76,1 faiz təşkil etmişdir. Tikinti sektorunda hesabat dövründə bütün maliyyə
mənbələri hesabına 24 milyon 653 min manat əsas fondlar istifadəyə verilmişdir. Əhaliyə
göstərilən pullu xidmətlərin həcmi 44 mln 677 min manat təşkil etmiş, əvvəlki ilin müvafiq
dövrünə nisbətən 36,7 faiz artmışdır. 2019-cu ilin yanvar-mart ayları ərzində hüquqi və fiziki
şəxslər tərəfindən rayon ərazisində 490 yeni iş yeri yaradılmışdır.
2019-cu ilin birinci rübü ərzində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq və
yenidənqurma işləri çərçivəsində Rayonun Lökbatan qəsəbəsi, Seymur Orucov, Müsəvi, Nizami
küçəsi və 6-cı massivə 20 kv.m, Müşfiqabad qəsəbəsində isə 12000 kv.m asfalt örtüyü
salınmışdır. Ümumilikdə 32000 kv.m asfalt örtüyü salınmışdır. Hazırda rayonun Korgöz
qəsəbəsində 9800 kv.m, Qızıldaş qəsəbəsində isə 14000 kv.m asfalt örtüyünün salınmasına
başlanmışdır. Eyni zamanda Lökbatan qəsəbəsi 1 A massivində məhəllədaxili yollara 1760
kub.m qum-çınqıl qarışığı verilmişdir. Rayonun Lökbatan, Ələt, Sahil, Qobustan, Sanqaçal,
Qızıldaş və Müşfiqabad qəsəbəsinin xidməti ərazilərində 40 ədəd yeni məişət tullantısı
məntəqəsi tikilmiş, 183 ədəd konteynerlər yenisi ilə əvəz edilmiş, 470 p/metr beton bordürlər
təmir edilmişdir.
Yaşıllıq ayları çərçivəsində rayon ərazisində 7800 ədəd ağac, 4500 ədədə yaxın dekorativ
ağac və gül kolları əkilmiş, mövsümi budama işləri aparılmış, quru ağaclar təmizlənmiş, çoxillik
güllərə qulluq göstərilmişdir.
Qaradağ rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud
şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış
binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, pilot layihə
formatında yeni yaşayış binalarının inşa edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin “Bakı şəhəri Binəqədi və Qaradağ rayonunun Sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 8 saylı 22 yanvar 2016-cı il tarixli Qərarının icra
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə