Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
Qaradağ rayonunda qanvermə aksiyası keçirilmişdir
Azərbaycanda xeyirxahlıq fəaliyyətinin geniş vüsət alması məhz Heydər
Əliyev Fondunun adı ilə bağlıdır və sevindirici haldır ki, 2005-ci ildə Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə
“Talassemiyasız həyat naminə” proqramına start verilmişdir. Ölkənin Birinci
xanımı bununla bütün ictimaiyyəti talassemiyalı uşaqlara yardım etməyə
çağırmışdır.
Əfsuslar olsun ki, Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi
qan xəstəliyinə düçar olmuş pasiyentlər mövcuddur və bu xəstələrin həyatı kütləvi
surətdə keçirilən qanvermə aksiyalarından asılıdır. Ölkəmizdə yayılmış hemofiliya
və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının
istənilən vaxtda əlçatan olması çox vacibdir və donor qanına tələbatı artırır.
Heydər Əliyev Fondunun başladığı bu xeyirxah missiyanın davam
etdirilməsi üçün Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Talassemiya
Federasiyasının birgə təşkilatçılığı ilə 30 yanvar 2019-cu il tarixində Qaradağ
rayonu, Lökbatan qəsəbəsində yerləşən 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının
poliklinika şöbəsində keçirilən qanvermə aksiyasında 100-ə yaxın rayon sakini
təmənnasız olaraq qan vermişdir.
Ümid edirik ki, verilən qan talassemiyadan əziyyət çəkən şəxslərə şəfa bəxş
edəcəkdir.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə