Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Qasım Süleymani öldürüldü

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds briqadasının komandanı general Qasım Süleymani Bağdadın hava limanına raket zərbələri endirilməsi nəticəsində həlak olub.

Xeberinmerkezi az xəbər verir ki, bu barədə dünyanın nüfuzlu xəbər agentlikləri, televiziya kanalları, eləcə də İran dövlət televiziyası məlumat yayıb.

Bununla yanaşı, Pentaqon da məlumat yayaraq, Q.Süleymaninin Prezident Donald Trampın təlimatı ilə öldürüldüyünü təsdiq edib.

Generalın ölümündən sonra D.Tramp Tvitter hesabında ABŞ bayrağının fotosunu paylaşıb.

Qeyd edək ki, bir qədər əvvəl İraqın paytaxtı Bağdadda hava limanının raket atəşinə tutulması nəticəsində azı 8 nəfərin öldüyü bildirilmişdi.

İranın Milli Təhlükəsizlik Şurası Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar təcili iclas keçirəcək.

Bu barədə Təhlükəsizlik Şurasının rəsmisi Keyvan Xosvari məlumat yayıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə