Qaşıqçını öldürənlərə ölüm hökmü
Səudiyyə Ərəbistanı məhkəməsi jurnalist Camal Qaşıqçının qətlə yetirilməsində ittiham olunan şəxlərlə bağlı hökm çıxarıb.
Xeberinmerezi.az xəbər verir ki, hökmə əsasən, 5 nəfər edam cəzasına məhkum olunub. Cinayətdə ittiham olunan digər 3 nəfər isə 24 il müddətinə azadlıqdan məhrum edilib.
Qətli törədən dəstənin rəhbəri olduğu bildirilən, Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın “qara qutusu” adlandırılan Səud əl Kahtani isə heç bir cəza almayıb.