Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Qazaxda gənclər üçün treninq keçirilib

bbtm-qazax-10-03-2017Martın 10-da İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Qazax filialında gənclər üçün treninq keçirilib.
"Biznes ideyanı yarat", "Made in Azerbaijan" brendinin yaradılması və inkişafı" mövzularında keçirilən treninqdə gənclərə biznes ideyanın yaradılması, biznes planın tərtib edilməsi, prioritet biznes istiqamətləri, yeni biznes subyektlərinin yaradılması qaydaları, brendləşmənin məhsul ixracının artırılmasında rolu, "Made in Azerbaijan" brendi və s. barədə məlumat verilib. Bununla yanaşı, treninq iştirakçıları İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər və bu xidmətlərin "E-hökumət" portalına (www.e-gov.az) inteqrasiyası barədə məlumatlandırılıb.
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Martın 10-da İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Qazax filialında gənclər üçün treninq keçirilib.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə