Qazaxıstanın Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı başsağlığı verib. Bu barədə ölkənin Azərbaycandakı səfirliyinin feysbuk səhifəsində yer alıb.
"Qazaxıstanın səfirliyi Xızı rayonunda Azərbaycanın Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların faciəvi şəkildə həlak olması ilə əlaqədar Azərbaycan hökumətinə və xalqına başsağlığı verir. Xəsarət alanlara tezliklə şəfa tapmasını arzu edirik”, - məlumatda qeyd olunub.
İranın Azərbaycandakı səfirliyi həmçinin hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib. Bu barədə səfirliyin tviter səhifəsində açıqlama yayıb.
“İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması, bir neçə nəfərin şəhid olmasından dərin kədər hissi keçirir, dost və qardaş Azərbaycan dövlətinə və xalqına başsağlığı verir, şəhid olanların ailələri ilə həmdərd olduğunu bildirir”, - səfirlik bildirib.