Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Qazaxıstan “Böyük Avrasiya” layihəsinin ideyasını dəstəkləyib


Qazaxıstan “Böyük Avrasiya” layihəsi ideyasını dəstəkləyir.

Bu barədə dövlət başçısı Kasım-Jomart Tokayev “Rossiya-24” telekanalının yayımladığı Sankt-Peterburq İqtisadi Forumunda (SPİF) çıxışı zamanı deyib.

“Sankt-Peterburq Forumu çərçivəsində, bildiyim kimi, Böyük Avrasiya Tərəfdaşlığının formalaşdırılması mövzusu maraqla müzakirə olunur - bu, Rusiya Federasiyasının təşəbbüsüdür. Qazaxıstan Böyük Avrasiya Tərəfdaşlığının yaradılması prosesinə müsbət münasibət bəsləyir”, - deyə o bildirib.

Daha əvvəl VEB.RF ekspertləri bildirmişdilər ki, Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalar fonunda Rusiya “Böyük Avrasiya” dövlətləri, o cümlədən Çin, Hindistan, İran və Türkiyə ilə inteqrasiyanı dərinləşdirməlidir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə