Qazaxıstanda keçirilən “Silk Way Star” yarışması davam edir
20 October 2017
Qazaxıstanda “Silk Way Star” (“İpək yolunun ulduzları”) beynəlxalq musiqi yarışmasının növbəti turu keçiriləcək. Oktyabrın 21-də yarış iştirakçıları müsabiqəyə qatılan ölkələrin dillərində mahnı ifa edəcəklər.
“Qazaxıstan QRTR” səhmdar cəmiyyəti tərəfindən keçirilən beynəlxalq musiqi yarışmasında Azərbaycan təmsilçisi Samirə Əfəndiyeva (Əfəndi) qazax dilində “Sen” mahnısını uğurla ifa edib. Azərbaycanlı müğənninin ifa edəcəyi növbəti mahnı özbək repertuarından “Yoringmanə” olacaq.
Təmsilçimiz açılış mərasimində ifa etdiyi “Sarı gəlin” mahnısı ilə artıq həm iştirakçılarda, həm də tamaşaçılarda yüksək təəssürat yaradıb.
Növbəti turda Qırğızıstan təmsilçisi Ömər Azərbaycan dilində “Adıma layiq” mahnısını ifa edəcək.
Qeyd edək ki, “Baku Music Factory” (BMF) prodüser mərkəzinin rəhbəri İsa Məlikov və “Eurovision-2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov yarışın münsiflər heyətində yer alıblar.
Layihənin məqsədi Böyük İpək Yolunun birləşdirdiyi xalqların musiqisi vasitəsilə türkdilli ölkələrin mədəniyyətlərinin və ənənələrinin inkişafına kömək etməkdir.