Qazaxıstanda sursat anbarında partlayış baş verdi
Qazaxıstanın Jambıl vilayətinin Sarıkəmər qəsəbəsində sursat anbarında partlayış baş verib.
Bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, partlayış baş verən zaman ərazidə heç kim olmayıb.
Qeyd edək ki, bu ilin avqust ayında da Qazaxıstanın Jambıl vilayətində silah anbarında partlayış baş vermişdi.