Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
Siyasət

Qazaxıstanın Aktau şəhərində keçirilən 5-ci Zirvə toplantısı xarici mediada işıqlandırılmaqda davam edir

13-08-2018 | 13:30        

  

Xəzəryanı dövlətlərin dövlət başçılarının Qazaxıstanın Aktau şəhərində  keçirilən 5-ci  Zirvə toplantısı  xarici mediada işıqlandırılmaqda davam edir.  Bu dəfə Euronyus kanalı toplantı haqqında geniş süjet yayımlayıb.

Xəzəryanı dövlətlərin dövlət başçılarının Qazaxıstanın Aktau şəhərində  keçirilən 5-ci  Zirvə toplantısı  Evronyus kanalında yayımlanıb. Reportaja vurğulanır ki, Qazaxıstanda Xəzəryanı dövlətlərin sammiti  tarixi sənədin – Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması ilə başa çatıb. Sənədi 5 dövlət – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan liderləri imzalayıb. O da bildirilir ki, konvensiya üzərində iş 20 ildən çox vaxt aparıb. Sammitə ev sahibliyi edən Nursultan Nazarbayev sənədi Xəzər dənizinin konstitusiyası adlandırıb. Sənədə əsasən Xəzər dənizinin su səthinin əsas sahəsi tərəflərin ümumi istifadəsində qalacaq, Xəzərin dibi isə ikitərəfli razılaşmalar əsasında, beynəlxalq hüquqa riayət olunmaqla qonşu dövlətlər arasında bölüşdürüləcək. Konvensiyada gəmiçilik, balıqçılıq, elmi araşdırmalar və magistral kəmərlərin çəkilməsinə dair məsələlər öz əksini tapıb. Genişmiqyaslı dəniz layihələrinin reallaşdırılması zamanı ekoloji amil mütləq nəzərə alınacaq.  Süjetin sonunda xatırladılır ki, Xəzərin hüquqi statusuna dair danışıqlar 1996-cı ildən davam etdirilib. TİTR: “Euronews” kanalı Xəzəryanı dövlətlərin başçılarının Aktau Zirvə toplantısı haqqında süjet yayımlayıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə