Futbol üzrə Qırğızıstan premyer-liqasında iştirak edən “Akademiya-Lider” klubunun futbolçularını aparan mikroavtobus qəzaya uğrayıb.
Xeberinmerkezi.az-ın məlumatına görə, hadisə nəticəsində komandanın 1997-ci il təvəllüdlü futbolçusu İlıç İmanbekov həlak olub.
Daha bir nəfər isə xəsarət alıb.
Qeyd olunur ki, mikroavtobus matçdan sonra Oş şəhərinə qayıdakən yolda digər avtomobillə toqquşub.