Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Qonaq getdikləri evdə dəm qazından zəhərləndilər


Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Xeberinmerkezi.az xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

2000-ci il təvəllüdlü Ayşən Nəbiyeva və onun azyaşlı övladı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə, ana və övladı qonaq getdikləri evin vanna otağında dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə