Qorxunc xəbərdarlıq: Rusiya elə silah hazırlayır ki...
Rusiya kimyəvi və bioloji kütləvi qırğın silahlarının hazırlanması üçün tədqiqatları sürətləndirib.
Axar.az xəbər verir ki, bu barədə NATO Parlament Assambleyasında Ukrayna nümayəndəliyinin sədri İrina Friz danışıb.
Frizin sözlərinə görə, Rusiya eyni zamanda Ebola və Marburq virusları üzərində tədqiqatlar aparır və buna peyvənd axtarışı adı altında don geyindirir.
Moskva yeni kimyəvi və bioloji silahların istehsalına çalışır ki, bunları da mümkün hibrid müharibə zamanı nəinki Ukraynaya, həmçinin maraqları olan istənilən ölkəyə qarşı istifadə etməyə hazırdır.