Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Ramazan ayının ilk günü və niyyət gecəsinin tarixi açıqlandı

Aprelin 29-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası mübarək Ramazan ayının başlanması ilə əlaqədar fitva verib.

Xeberinmerkezi.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla əlaqədar şeyxülislam Hacı Allahşükür Paşazadənin sədrliyi ilə iclas keçirilib. 

Fitvaya görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2019-cu il üzrə hesablamalarına görə, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Miladi tarixlə mayın 6-na təsadüf edir. 

Ay göründüyü andan etibarən Ramazani-şərif başlayır və niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə