Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Renat Portuqaliyada debüt etdi


Millimizin futbolçusu Renat Dadaşov Portuqaliya Primeyra Liqasında debüt edib.

Oxu.Az xəbər verir ki, "Pasuj de Fereyra" klubunun heyətində çıxış edən futbolçumuz Kamran Ağayev və Emin Mahmudovun sabiq komandası "Boavişta" ilə səfər görüşündə start heyətdə meydana çıxıb.

Görüş 1:1 hesabı ilə başa çatıb. Renat 80-ci dəqiqədə Dioqu Almeyda ilə əvəzlənib.

Qeyd edək ki, Renat Dadaşov İngiltərənin "Vulverhempton" klubuna məxsus olsa da icarə əsasında Portuqaliya komandasında çıxış edir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə