10 May 2023-cü il tarixində Respublika 1 saylı Psixiatriya Xəstəxanasında Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaq keçirilib.
Respulikada və onun hüdudlarından kənarda belə ümummilli liderimiz Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bayram tədbirləri keçirilməkdə davam edir. Yuxarıda qeyd etdiyimiz kimi belə tədbirlərdən biri də Respublika 1 saylı Psixiatriya xəstəxanasında qeyd edilib. İlk öncə tədbir iştirakçılarını salamlayan xəstəxanın baş həkimi Orxan Cəfərov dahi şəxsiyyətin digər sahələrə olduğu kimi, səhiyyəyə də olan diqqət və qayğısını xüsusilə vurğulayıb. Daha sonra çıxış edənlərdən şöbə müdiri Sultanə xanım Salmanova Ulu Öndərin Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisindən bəhs edib. Heç də təsadüfi deyil ki, "Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir". Çıxış edənlər sırasında şöbə müdiri Nigar xanım Novruzova müasir Azərbaycanın banisi, xilaskarı və qurucusu Dahi Heydər Əliyevdən danışaraq, xüsusilə bildirib ki, "Heydər Əliyev XX əsrin ən böyük tarixi şəxsiyyətlərindən, dövlət və siyasi xadimlərindən biridir. Heydər Əliyevin Azərbaycanın son 50 illik tarixinin hər bir səhifəsi onun adı ilə bağlıdır."
Çıxışlardan sonra dahi şəxsiyyətin həyatı və fəaliyyəti ilə bağlı sənədli film nümayiş etdirilib. Tədbirdən sonra isə xəstəxanada ağac əkmə kompaniyasına başlanılıb.






Şamil Şamilov