Respublika 1 saylı Psixiatriya Xəstəxanasında “Böyük Zəfər” gününə həsr olunmuş tədbir keçirilib
Ötən gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında Zəfər gününə həsr olunmuş tədbir keçirilib.Sözügedən tədbirə dəvət olunmuş qonaqlarla yanaşı Bakı şəhər İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə iş üzrə şöbə müdiri ehtiyatda olan polkovnik-leytenant Fərhadov Mövlud və təbii ki, qazilərimizdə iştirak etmişlər.Giriş sözü ilə çıxış edən Mövlud Fərhadov 44 günlük Vətən müharibəsində qazanılmış “Böyük Zəfərin” əldə edilməsində Ali Baş Komandan Prezident İlham Əliyevin və rəşadəli Azərbaycan Ordusunun həyata keçirdiyi strategiyadan danışmışdır və xüsusilə qeyd etmişdir ki, “Ali Baş Komandanın rəhbərliyi ilə erməni təcavüzkarları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın tarixinin məhz qızıl hərflərlə yazılacaq tarixidir.Birsözlə Qarabağ Zəfərinin müəllifləri Ali Baş Komandan,müzəffər Azərbaycan ordusu və bütövlükdə Azərbaycan xalqıdır”.
Məlumat üçün bildirim ki, 44 günlük müharibədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ”Respublika Psixiatriya Xəstəxanası“-nın kiçik tibb işçiləri Məmmədov Əliağa, Hüseynov Musa və Yaminov Şahin də iştirak etmişlər həmçinin N saylı hərbi hissə tərəfindən mükafatalandırılmışlar.
Xüsusilə qeyd edim ki, “Respublika Psixiatriya Xəstəxanası” phş kiçik tibb işçisi İlahə xanım Məmmədovanın oğlu Novruzov Rəşad Vətən müharibəsində qəhrəmancasına həlak olmuş Şəhidlik zirvəsinə ucalmış və Dövlət tərəfindən Şuşanın azad olunmasına görə medalı, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.Qeyd edim ki, Şəhid anası Dövlətimizin və xəstəxana kollektivinin hər kəsin bir Şəhid anası kimi ona göstərdiyi diqqət və qayğıdan danışıb.Daha sonra çıxış edənlər arasında xəstəxananın həkimlərindən Ədalət Xəlilov, Musa Musayev, Elxan Əsədov və Dilarə xanım Cabbarovada Vətən müharibəsi qəhrəmanlarından danışaraq ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsi adlandırdığımız ikinci Qarabağ savaşının noyabrın 10-na keçən gecə tarixi Qələbə ilə sona çatmasını xüsusilə qeyd ediblər.Tədbirin sonunda qazilərimizə reabilitasiya şöbəsinin pasiyentləri tərəfindən tədbir üçün xüsusi hazırlanmış Xarı Bülbül fəxri fərman və digər qiymətli hədiyyələr təqdim olunub.
Xüsusilə qeyd edim ki, 1 saylı Psixiatriya Xəstəxanasında hazırda 44 günlük Vətən mühabirəsində döyüşmüş qazilərimiz müalicə alırlar. Bu günə qədər sözügedən xəstəxanada 800-dən çox qazimiz müalicə alıb. Hal-hazırda isə 83 nəfərin müalicəsi davam etdirilir. Xəstəxana rəhbərliyi digər müalicə alanlarla yanaşı, qazilərimizə yüksək diqqət və qayğının vacibliyini hər kəsin qarşısında vəzifə borcu ilə yanaşı müqəddəs bir iş olduğunu da qeyd edir.