Rezidentura imtahanlarının vaxtı bilindi
“Rezidentura imtahanı avqust ayının əvvəlində keçiriləcək”.
Xeberinmerkezi.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Sədr bildirib ki, imtahan ikimərhələli olacaq:
“Bu mərhələlər arasında bir həftə - 10 gün fasilə nəzərdə tutulur”.