Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Roma Papası Sistani ilə görüşəcək

Roma Papası Fransisk İraq şiələrinin mənəvi lideri Ayətullah Əli Sistani ilə görüşəcək.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə Bağdad arxiyepiskopu kardinal Luis Rafael I Sako məlumat verib.

Görüş Papanın İraqa səfəri çərçivəsində baş tutacaq.

Qeyd edək ki, bir müddət əvvəl Vatikan Papanın 5-8 mart tarixlərində İraqa səfər edəcəyini bildirmişdi.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə