Rus hərbi gəmisi Türkiyə sularında
Rusiyaya məxsus 158 nömrəli “Sezar Kunikov” adlı hərbi gəmi Türkiyə sularına daxil olaraq Çanaqqala boğazından keçib.
Xeberinmerkezi.az xəbər verir ki, Çanaqqalada dağa yazılmış “Dayan yolçu” yazısının önündən keçən Rusiya hərbi gəmisi buradan Mərmərə dənizi istiqamətində hərəkət edib.
Rusiyalı əsgərlərin olduğu gəmini Türkiyə Sahil Təhlükəsizlik qayıqları müşayiət edib.