Rus ordusu həkimləri atəşə tutub
Rus ordusu Severodonetskdəki “Kamelot” yaşayış kompleksinə gələn həkimlərə atəş açıb. Həkimlər arasında xəsarət alanlar var.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko Teleqramda yazıb.
Geraşenko bildirib ki, həkimlər rayon sakinlərinə tibbi yardım göstərmək üçün gəliblər:
"Bu ərazidə heç vaxt hərbi obyektlər, hərbi qulluqçular olmayıb".