Rusiya aksiyalarda iştirak edən 3 ölkənin diplomatlarını ölkədən çıxarır
Rusiyada keçirilən icazəsiz aksiyalarda iştirak edən İsveç, Polşa və Almaniya diplomatları arzuolunmaz şəxs elan edilib və tezliklə ölkədən çıxarılacaqlar.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, məsələ ilə bağlı İsveç, Polşa və Almaniyanın Rusiyadakı diplomatik nümayəndəliklərinin rəhbərləri XİN-ə çağırılıb.
***
Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Rusiyanın Almaniyadakı səfirliyindən məlumat verilib.