Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Rusiya bu istiqamətdə hücum edir, Ukrayna qarşılayır



Rusiya hərbçiləri Maryinkaya hücum cəhdlərini davam etdirir, lakin Ukrayna hərbçiləri düşmənin bütün hücumlarını dəf edirlər.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.

Məlumata görə, Rusiya əsas səylərini Liman, Baxmut, Avdeyevski və Maryinka istiqamətlərində cəmləşdirir.

Bundan əlavə, Maryinka istiqamətində ukraynalı hərbçilər Maryinka ərazisində düşmənin 14 hücumunun hamısını dəf ediblər.

Eyni zamanda, Zaporojye və Xerson istiqamətlərində ruslar müdafiəni davam etdirir və cəbhə xəttinə yaxın dinc yaşayış məntəqələrinə zərbələr endirirlər.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə