Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Rusiya bu məhsulun Qazaxıstana tranzitini qadağan edir



“Rosselxoznadzor” ABŞ-dan gələn bütün quş əti məhsullarının Rusiya vasitəsilə Qazaxıstana tranzitinə məhdudiyyətlər tətbiq etmək niyyətindədir.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə “RİA Novosti” mənbələrə istinadən məlumat yayıb.

“Rosselxoznadzor” ABŞ-dan gələn bütün quş əti məhsullarının Rusiyadan Qazaxıstana tranzitinə müvəqqəti məhdudiyyətlərin qoyulmasını zəruri hesab edir. 2022-ci ildə bu cür tədarüklərin həcmi 23 min ton, 2023-cü ildə daha az, 15 min ton təşkil edib”, - mənbə bildirib.

Qeyd olunur ki, qərar hər iki dövlətin (Rusiya və Qazaxıstan ) ərazilərini yüksək patogenli quş qripinin tətbiqindən qorumaq üçün nəzərdən keçirilir:

“Çünki ABŞ-da bu xəstəliklə bağlı vəziyyət indi qeyri-sabitdir”.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə