Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Rusiya bu ölkəni itirir: Sandu prezident seçildi

Moldovada keçirilən prezident seçkilərinin ikinci turunun ilkin nəticələri açıqlanıb.

Bu gün baş tutan ikinci turda ölkənin sabiq baş naziri Maya Sandu 51,73 faiz səslə liderlik edir.

Hazırkı Prezident İqor Dodon isə 48,27 faiz səs toplayıb.

MSK səslərin 80 faizdən çoxunun sayıldığını açıqlayıb.

Qeyd edək ki, Dodon rusiyameyilli siyasətçi kimi tanınır, Sandu isə qərbpərəstdir.

***

MSK səslərin artıq 95 faizinin sayıldığını açıqlayıb. Hazırkı nəticələrə görə, Sandu 52,16, Dodon isə 47,84 faiz səs toplayıb.

***

Moldova Mərkəzi Seçki Komissiyası ikinci turdakı səslərin 99 faizini hesablayıb.

Məlumata görə, Sandu səslərin 56,91 faizini toplayıb. Onun rəqibi olan hazırkı rusiyayönlü prezident İqor Dodon isə 43,09 faiz səs yığıb.

***

Moldova Mərkəzi Seçki Komissiyası ikinci turdakı səslərin 100 faizini hesablayıb.

Maya Sandu səslərin 57,75 faizini toplayaraq Moldovanın yeni prezidenti elan edilib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə