Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Rusiya Ukraynadan oğurladığı taxılı bu ölkəyə satır

Rusiya işğal etdiyi ərazilərdə ukraynalı fermerlərdən oğurladıqları taxıldan həmçinin Rusiyanın Suriyaya ixrac məhsulu kimi də istifadə edir.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Bildirilib ki, yük ötən ayın sonunda Suriyanın əsas dəniz limanı Latakiyada Rusiyanın “Matros Pozıniç” gəmisi ilə çatdırılıb.

Ukraynanın Beyrutdakı səfirliyindən bildiriblər ki, ruslar Ukraynanın üç vilayətindən buğdanı toplayan müəssisədən buğda oğurlayırlar və bu, cinayət işidir:

"Son üç ayda Suriyaya oğurlanmış 100 min tondan çox Ukrayna buğdası gətirilib. Beynəlxalq buğda qiymətlərinin bir ton üçün 400 ABŞ dollarından çox olduğunu nəzərə alsaq, bu həcm 40 milyon dollardan baha olmalı idi”.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə