Rusiyada binada baş verən partlayış nəticəsində ölənlər var
Rusiyanın Yaroslavl şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayışda ölənlərin sayı məlum olub.
RİA Novosti xəbər verir ki, hazırda ölənlərin sayı dördə çatıb.
Bildirilir ki, partlayışdan sonra yanğın baş verib. Nəticədə 60-dan çox sakin binadan təxliyyə edilib.
Rusiya Federasiyasının Yaroslavl şəhərində yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.
TASS-ın verdiyi məlumata görə, partlayış nəticəsində üçüncü və beşinci mərtəbələr arasındakı arakəsmə dağılıb. Dağıntılar altında insanların qaldığı ehtimal olunur.
Hadisənin təfərrüatları dəqiqləşdirilir. Hadisə yerində fövqəladə hallar xidməti və təcili yardım nümayəndələri işləyir.