Rusiyada Hərbi Baş Prokurorluğun yüksək rütbəli şəxsləri koronavirusa yoluxub
Rusiyada Hərbi Baş Prokurorluğun üçüncü İdarəsinin rəisi, general-mayor İqor Şaboltanov və onun müavini, polkovnik Boris Xubiyevdə koronavirus aşkarlanıb.
Bu barədə “Kommersant” xəbər yayıb.
Təhlükəli infeksiyanın yayılmasının qarşısını almaq üçün hərbi sanitariya-epidemioloji nəzarət şöbəsi bu bölmənin ərazisində sığınacaq yaradılmasını tələb edib. Yoluxan zabitlərlə əlaqədə olan işçilər evə göndərilib, hərbi prokurorluğun binasında dezinfeksiya işləri aparılıb.
Qeyd edək ki, Rusiyada 93 558 nəfər koronavirusa yoluxub, onlardan 867 nəfəri ölüb, 8 456 nəfəri sağalıb.