Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Rusiyada təyyarə qəza enişi etdi: yaralılar var


Rusiyanın Novosibirsk şəhərində yüngül təyyarənin təcili enişi zamanı 3 nəfər xəsarət alıb.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə Nazirliyinin regional bölməsi məlumat yayıb.

"Üç zərərçəkən var. İlkin olaraq təcili yardım həkimləri onların vəziyyətini yüngül və orta ağır qiymətləndirib", - nazirlikdən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin regional rəhbərinin mətbuat xidməti bildirib ki, özəl yüngülmühərrikli “Cessna” təyyarəsi Novosibirsk şəhərinin Zaeltsovski rayonunda Severnı şəhər hava limanı yaxınlığında meşəyə sərt eniş edib, yanğın olmayıb. Təyyarədə üç nəfər olub. İki nəfər xəstəxanaya yerləşdirilib, biri xəstəxanaya yerləşdirməkdən imtina edib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə